SİZİN REKLAM BURADA!
055 213 76 73


Birləşmiş Ərəb Əmirliklərinin baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun Londona qaçmış keçmiş arvadı şahzadə Həyya bint əl-Hüseynidən intiqam alacağı gözlənilir.

BAKU.WS
xəbər verir ki, Dubay əmiri intiqamla bağlı “Twitter”də paylaşım edib. 
 
Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Məktum arvadı ilə ilk məhkəmə prosesindən dərhal sonra sosial media hesabında yeni şeir paylaşıb.

Şeyxin bölüşdüyü "Nazirlərin qılıncları" başlıqlı şeirdə çətinliklərin öhdəsindən gəlmək, ən ağır şeyləri asan yolu ilə həll etmək, hökmdarlıq mübarizəsi, kəskin bıçaqlarla parlayan qılınc və intiqam almaq zərurəti kimi ifadələr diqqət çəkib.
 
Qeyd edək ki, Dubay əmirinin paylaşdığı şeirdə intiqam ifadələri arvadına təhdid kimi qiymətləndirilir. Məhz buna görədir ki, Həyya bint əl-Hüseyni London Ali Məhkəməsindən təhlükəsizliyinin təmin olunmasını istəyib. 

Xatırladaq ki, şahzadə iki uşağı ilə birgə iyunun sonunda Almaniyaya qaçıb və özü ilə 39,3 milyon dollar götürüb.

Sonradan onun Londonda 107 milyon dollar dəyərində evdə yaşadığı xəbəri yayılıb. Şahzadə Həyya İordaniya Kralı II Abdullahın bacısıdır.
BAKU.WS
VİDEO