SİZİN REKLAM BURADA!
055 213 76 73


Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Məmmədağa Quliyev və onun qardaşı Zaur Quliyevin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti baxılıb.

BAKU.WS 
"ölkə.az"a istinadən xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2016-cı ilin oktyabr ayında 1983-cü il təvəllüdlü Quliyev Məmmədağa Rahib oğlu həyat yoldaşı, Salyan şəhər sakini, 1991-ci il təvəllüdlü Gülşən Feyziyevanı qısqanclıq zəminində boğaraq öldürüb.

İlk əvvəl Gülşən Feyziyevanın xəstəlikdən (qıcolmadan) vəfat etdiyi bildirilsə də, sonradan Salyan rayon Prokurorluğunun apardığı araşdırmalar nəticəsində onun həyat yoldaşı Məmmədağa Quliyev tərəfindən qətlə yetirildiyi məlum olub. 26 yaşlı qadının meyiti eksqumasiya edilib və ekspertizadan keçirilib.

Ekspertiza nəticəsində məlum olub ki, qadın əllə boğularaq qətlə yetirilib. İş üzrə təqsirləndirilən digər şəxs - M.Quliyevin qardaşı Zaur Quliyevin həmin ilin oktyabrın 4-də mərhum Gülşən Feyziyeva ilə bir otaqda tutduğu Salyan sakini, 1994-cü il təvəllüdlü Nurlan Nuralı oğlu Xankişiyevi bıçaqladığı qeyd olunur.

Qardaşının çağırışı ilə həmin gün Bakıdan evə dönən M. Quliyevin həyat yoldaşını boğaraq qətlə yetirməsinə məhz bu olay səbəb olub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Quliyev Məmmədağa Rahib oğlu 16 il, qardaşı Quliyev Zaur Rahib oğlu isə 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan sonra 2017-ci ilin noyabr ayında Şirvan Apellyasiya Məhkəməsində qardaşların şikayətinə baxılıb.

Hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Quliyev Məmmədağa Rahib oğlunun apellyasiya şikayəti qismən təmin edilib.

Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək həbs müddəti 1 il azaldılıb. Onun qardaşı Quliyev Zaur Rahib oğlunun isə apellyasiya şikayəti təmin edilməyib.

Daha sonra onlar kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.
BAKU.WS