VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nizami rayonunda yerləşən mağazaların birində qadın oğurluq edib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, oğurluq Neftçilər metrosu yaxınlığında hicab mağazasında qeydə alınıb.

Bildirilir ki, mağazaya girən qadın satıcının diqqətini yayındırır və kassanın qarşısından pul qabını götürür. Xüsusi məharətlə oğurluq edən qadın tələsik olaraq dükandan çıxıb.

Pul qabının içindən 700 manat pul, bank kartları və sənədlər olub.
BAKU.WS
VİDEO