SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonunda 2 nəfərin avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Aparılan psixoloji söhbət nəticəsində aşağı enməyə razı olub.

Faktla bağlı araşdırma aparılır.

***12.09

Bakı şəhəri, Nizami rayonunda iki kişi özünü hündürlükdən atmaq istəyir.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, bu dəqiqələrdə Neftayırma zavodunun yaxınlığında, “Neolit” şadlıq evi istiqamətində körpüyə iki kişi çıxıb.

Orta yaşlı kişilər özlərini ataraq intihar etmək istəyirlər. Hadisə yerinə xilasedicilər və polislər cəlb olunub.

Hazırda intihara cəhd edən şəxslərin xilas edilməsi istiqamətində işlər aparılır.
BAKU.WS
VİDEO