SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS
xəbər verir ki, bu günün xoş xəbəri Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda təmir işlərinə start verilməsi olub.

Təmir-bərpa işləri yolun Şabran rayonu ərazisindən başlayaraq Siyəzən və Xızı rayonlarını keçməklə Bakı şəhəri istiqamətində aparılır.

Bu xəbərlə daha ətraflı “ŞAD XƏBƏR – Bakı-Quba yolunda təmir başladı – VİDEO” adlı linkdə tanış ola bilərsiz.


Digər əhəmiyyətli hadisələrdən biri də “Metropark” ticarət və əyləncə mərkəzindəki yanğınla bağlı mərkəzə girişin bağlanmasıdır.

3 gün ərzində “Metropark”da təmir-bərpa işləri həyata keçirilək və ticarət mərkəzi bundan sonra açılacaq.

Bu xəbərlə daha ətraflı bu linkdə tanış ola bilərsiz - “Metropark” ticarət və əyləncə mərkəzi bağlanıb".


Bu günün maraqlı xəbərlərindən biri də, BDU-nun keçmiş rektoru Abel Məhərrəmov bu gün səhər Çexiyanın Praqa şəhərində hava limanında görüntülənməsidir.

Məlumata görə, keçmiş rektor öz yay istirahətini Çexiyanın Karlovı Varı şəhərində keçirib. 

Hala limanında görüntülənən Abel Məhərrəmovla eyni təyyarə reysində tanınmış aparıcı Orxan Fikrətoğlu da Bakıya yollanır.

Bu barədə daha ətraflı “Çexiyadan istirahətdən qayıdan Abel Məhərrəmov hava limanında görüntüləndi – FOTO” bu xəbərdən tanış ola bilərsiz.


Bu günün əhəmiyyətli xəbərlərindən biri də iyulun 29-da Rostov vilayətində ağır yol-nəqliyyat hadisəsinin baş verməsidir.

Daha ətraflı “Moskvadan Azərbaycana gələn mikroavtobus ağır qəzaya düşdü – 2 ölü, 6 yaralı” adlı xəbərdən tanış ola bilərsiz.


Günün mühüm xəbərlərindən biri də, Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməsidir.

Belə ki, 28 iyul tarixində 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub.

Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində "Hərbi tibbi yardım" sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan "UAZ" markalı avtomobilə dəyib.

Daha ətraflı “Erməni snayperlər tibbi yardım maşınını atəşə tutdu – FOTO” adlı xəbərdən tanış ola bilərsiz.

Bu günün əsas xəbərlərindən biri də, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sarı zolaq qadağası ilə bağlı sürücülərə güzəşt edilməsidir.

Bakı-2019 - XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq iyulun 20-dən tətbiq olunan sarı zolaq qadağası artıq başa çatıb. Bakının bəzi küçə və prospektlərində qoyulan sarı zolaq qadağası bir çoxlarına narahat edirdi.

İndiyədək heç kim cərimə bildirişi almadığı üçün yol polisi tərəfindən cərimə yazılıb-yazılmaması sual doğururdu.


Nəhayət, bu gün məlum olub ki, yol polisi yarış günlərində sarı zolağa daxil olan sürücülərə güzəşt edib və heç bir sürücüyə cərimə yazılmayıb, elektron qərar tətbiq edilməyib.

Daha ətrafı “Yol polisi sürücülərin bu 40 manatlıq cərimələrini bağışladı – ŞAD XƏBƏR” adlı xəbərdən tanış ola bilərsiz.
BAKU.WS