SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.

Dövlət Sərhəd Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 2019-cu ilin 28 iyul tarixində 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub.

Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində "Hərbi tibbi yardım" sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan "UAZ" markalı avtomobilə dəyib.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.
BAKU.WS
QALEREYA