VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün saat 8:00 radələrində Bakının Qaradağ rayonunun Sahil qəsəbəsi yaxınlığında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsinin Tullantı Mərkəzinə xidmət edən Nəqliyyat İdarəsinə məxsus 90 JG 868 dövlət nömrə nişanlı “Hyundai Countrury” avtobusu 03 BJ 453 dövlət nömrə nişanlı KamAZ yük maşını arxadan vurub.

BAKU.WS-in “Report”a istinadla verdiyi məlumata görə, sürücü və avtobusun sərnişinlərindən xəsarət alanlar 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzinə çatdırılıblar.

Məlumata görə, 8 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 2 nəfər isə hazırda həkim nəzarətindədir.
BAKU.WS