SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

BAKU.WS Avtosfer.az-a istinadla xəbər verir ki, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində (Ayna Sultanova heykəlinin yanı) Toyota Land Cruiser markalı avtomobil yolu keşmək isyətən qadını vurub. Görüntülərdə avtomobil asta sürətlə hərəkət edir.

Qadın isə yolu yavaş sürətlə keçir. Bu zaman sürücü qadını sanki görmür. Onu vurur və ardınca üzərindən keçir. Yoluna davam edərək bir az öndə dayanır.

Hadisə nəticəsində qadın yerindəcə keçinir. Sürücünün sükan arxasında mobil telefona başı qarşıdığı ehtimal olunur. Videonu təqdim edirik.

Ürəyi zəif olanların baxması məsləhət deyil.
BAKU.WS
VİDEO