SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün qəzaya uğrayan "Zaparojets" markalı avtomobilin sürücüsü hadisədə günahın “Mercedes” markalı maşının sürücüsündə olduğunu bildirib.

Sürücü Qasım Qasımov BAKU.WS-ə açıqlamasında bildirib ki, həmin vaxt maşının sürəti çoxo lmayıb:

“Mən "avtoş"luq etmirdim. Burada avtoxuliqanlıq heç bir şey yoxdur. Sürət uzağı 50-60 olardı. Həmin yol bizim idi, “Mercedes”in sürücüsü qabağıma çıxdı. Videodan da göründüyü kimi həmin yol bizim idi. Dostumun başı partlayıb. 12 tikiş vurublar”. 

***10:43
Bakının Binəqədi rayonunda avtoşluq edən "Zaparojets" markalı avtomobili qəzaya uğrayıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, Binəqədi qəsəbəsi ərazisində yüksək sürətlə hərəkətdə olan "Zaparojets" markalı maşının sürücüsü təhlükəli manevrlər edib.

Nəticədə “zapı” yolu dönmək istəyən “Mercedes” markalı maşın çırpılıb.

Qəza nəticəsində "Zaparojets"in sürücüsü xəsarət alıb.
BAKU.WS
VİDEO