SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə yeniyetmə göldə batıb.

BAKU.WS 
Türkiyə mətbuat xidmətinə istinadən xəbər verir ki, Kocaelidə göldə qayıqla gəzən 13 yaşlı Eren Gültekin faciəvi şəkildə ölüb.

Qayığın qəfil çevrilməsi nəticəsində gənc suya qərq olub. Yoldaşları onu sudan çıxartmaq istəsələr də, buna nail ola bilməyiblər.

Uşaq suda yoxa çıxıb.

Əraziyə xilasedicilər cəlb edilib. Eren Gültekinin axtarışları davam edərkən onun anası da göl kənarına gəlib.

Qadın bircə oğlunun yoxluğu ilə barışa bilməyərək fəryad edib:

“Su çox soyuqdur. Oğlum suda üşüyür. Oğlum qaranlıqdan çox qorxur. Nə olar, onu tez tapın”, - deyən ananın fəryadı ürək parçalayıb.

Uşağın meyidi isə sudan tapılmayıb.
BAKU.WS
VİDEO