SİZİN REKLAM BURADA!
055 213 76 73


Binəqədi rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS
“oxu.az”a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində olub.

Yüklə dolu MAZ markalı yük avtomobili işıqforun qırmızı işığında idarəetməni itirib. Nəticədə o, qarşıdan gələn “İsuzu” markalı kiçiktutumlu yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində “İsuzu” yoldakı “Toyota” markalı minik maşınının üzərinə aşıb. MAZ isə “Mercedes” markalı avtomobillə də toqquşduqdan sonra divara dəyərək dayanıb.

Qəza səbəbindən yolda nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
VİDEO