SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə hotel sahibi vəhşicəsinə öldürülüb.

BAKU.WS
Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Fatihdə “Newport hotel”ində baş verib.

Əslən Əfqanıstandan olan Türkiyə vətəndaşı, 62 yaşlı Abdulsamih Endican qətlə yetirilib.

Onun meyidi əlləri və ayaqları bağlı halda iş otağından tapılıb.

Hotel işçiləri müdirləri ilə uzun vaxt əlaqə saxlaya bilməyiblər. Müdiri axtarmağa başlayıblar. Onun otağı bağlı olub.

Abdulsamih Endicanın evi ilə əlaqə saxladıqda, onun evdə olmadığını öyrəniblər. Bu zaman müdirin otağının qapısını sındırıblar.


Otaqdan Abdulsamih Endicanın cəsədini tapan işçilər polisə məlumat veriblər.

Araşdırmalar zamanı hotel sahibinin əlləri və qollarını bağlayıb döyüldüyü, sonradan isə yastıqla boğulduğu məlum olub.

Keçirilən əməliyyat zamanı A.Endicanı öldürən şəxs tutulub. Saxlanılan şəxsin qadın olduğu deyilir. Hadisənin intiqam məqsədilə törədildiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
VİDEO