VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda sərnişin avtobusunda quldurluq hadisəsi baş verib.

BAKU.WS Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, iyulun 25-də Xətai rayonu ərazisində fəaliyyət göstərən Şərur rayon sakini S.Abdullayevin idarə etdiyi “İsuzu” markalı 57 saylı xətt avtobusunda sərnişin qismində gedən naməlum şəxs açıq talama yolu ilə oradan 30 manat pul aparıb.

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nəfəsov saxlanılıb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.
BAKU.WS