VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Masallı rayonunun 2-ci Səmidxan kənd sakini Səadət Manafova yerləşdirildiyi xəstəxanada ölüb.

BAKU.WS DİN-ə istinadən xəbər verir ki, iyulun 24-də saat 18 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində Masallı qəsəbə sakini D.Məmmədovun idarə etdiyi “Mercedes”, Səmidxan kənd sakini R.Ağazadənin idarə etdiyi “VAZ-21011” və Ərkivan qəsəbə sakini S.Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə R.Ağazadənin sərnişini, 2-ci Səmidxan kənd sakini S.Manafova xəstəxanaya yerləşdirilib və iyulun 25-də orada ölüb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.
BAKU.WS