SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəzər dənizinə istirahət üçün yollanan 1997-ci il təvəllüdlü Hüseyn Əli oğlu Dadaşov boğulub.

BAKU.WS
“qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyulun 24-də Bilgəh çimərliyində baş verib.

Əldə etdiyimiz məlumata görə, həmin gün  Hüseyn Dadaşov qardaşı və iki dostu ilə birgə çimərliyə yollanıb. Suda olan zaman dalğa onların 4-nü də aparıb. Qardaşı və dostlarından biri ətrafdakıların köməyi ilə xilas edilib.

Digər dostu isə sudan özü çıxmağı bacarıb. Amma həmin vaxt Hüseyni tapmaq mümkün olmayıb. Bir az keçəndən sonra isə dalğa 22 yaşlı gəncin meyitini suyun üzərinə çıxarıb.

Yaxınlarının verdiyi məlumata görə, Hüseynin sevdiyi qız olub. Anası ona dekabrda toy etməyi planlaşdırırdı.

Qeyd edək ki, “Qafqazinfo”nun əməkdaşları dünən Bilgəh çimərliyindən reportaj hazırlayıb. Məlum olub ki, sözügedən ərazidə bir müddətdir ki, çimmək qadağandır.
BAKU.WS