Bakıda növbəti pedofiliya faktı qeydə alınıb.

BAKU.WS
xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat veriblər.

62 yaşlı qadın Yasamal rayonunda 27-ci Polis bölməsinə şikayət edərək bildirib ki, Səbuhi adlı şəxs 15 yaşlı oğluna qarşı seksual xarakterli hərəkətlər etməyə çalışıb.

Onun sözlərinə görə, pedofil iyrənc niyyətini iyulun 24-ü saat 18:00-da Abdulla Şaiq küçəsindəki 168 nömrəli evin yaxınlığında yerləşən qarajda həyata keçirməyə cəhd edib.

Polis əməkdaşları hazırda ehtimal edilən pedofilin aşkarlanması və onun cinayət məsuliyyətinə cəlb edilməsi üzrə tədbirlər görürlər. BAKU.WS