SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonunda küçə itlərini odlu silahla vurub öldürürlər.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, rayonun Qovlar kəndində parkda küçə itlərini güllələyirlər.

“Dərd orasındadır ki, parkda günün-günorta çağı, insanların gözü qarşısında itləri tüfənglə vururlar. Həm də, parkda sakit yatan, insanlarla heç bir işi olmayan heyvanları vəhşicəsinə güllələyirlər”, - deyə kənd sakinləri şikayətləniblər.

Sakinlər bildirir ki, itləri vuran Tovuz rayon İcra Hakimiyyətinin əməkdaşlarıdır.

Məsələ ilə bağlı Tovuz rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. İcra hakimiyyətinin başçısının I müavini Rəşad Zeynalov BAKU.WS-ə açıqlamasında bildirdi ki, hadisə barədə məlumatları yoxdur.

“Küçə itlərinin güllələnməsilə bağlı rayon icra hakimiyyətindən heç bir tapşırıq verilməyib. Bu hadisə mütləq araşdırılacaq və nəticələr barədə sizə məlumat veriləcək”, - deyə Rəşad Zeynalov bildirib.

İtlərin güllələnməsi anının görüntülərini təqdim edirik. Ürəyi zəif olanların bu kadrlara baxması məsləhət deyil.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO