SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağstafada xəsarətlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini 1987-ci il təvəllüdlü Cəfərov Rasim idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın maneəyə çrpılıb.

Qəza zamanı xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Məlumata görə, R. Cəfərov Ağstafa rayon Polis şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS