Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin təlimlərdən görüntüləri yayımlanıb.

BAKU.WS 
xəbər verir ki, ötən il Hərbi Hava Qüvvələrinin qırıcılarının təlimləri barədə Real TV reportaj hazırlamışdı.

Həmin reportajda bu gün radardan itən "Miq-29" təyyarəsinin pilotu Rəşad Atakişiyev də uğurlu uçuş etmişdi.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Hazırda R.Atakişiyevin axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Polkovnik-leytenant Rəşad Atakişiyev hərbi hissə komandirinin müavini idi. 

34 yaşlı R.Atakişiyevin iki oğlan övladı var. 

Hazırda pilotun axtarışları davam etdirilir. Hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi açılıb.
BAKU.WS


VİDEO