VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 23-də axşam saatlarında Bakı şəhər sakini Samir Cəfərov Xətai rayonu ərazisində sərxoş vəziyyətdə “Domg Feng” markalı avtomobili idarə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna və avtoxuliqanlıq etdiyinə görə yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

BAKU.WS xəbər verir ki, onun barəsində toplanan materiallar rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Samir Cəfərov barəsində bir ay müddətinə inzibati həbs qərarı çıxarılıb.

Ziya SƏCCAD
BAKU.WS