SİZİN REKLAM BURADA!
055 213 76 73


Keçmiş MTN generalı Sübahir Qurbanov kassasiya şikayətindən imtina edib.

BAKU.WS
xəbər verir ki, bu gün Bakı Ali Məhkəməsində keçirilən iclasda onunla birgə həbsdə olan MTN polkovnikləri Füzuli Əliyev və Natiq Alıyev də ərizələrini geri götürdüklərini bildirib.

Hakim Fərhad Əliyev hər 3 şəxsin istəyinə nəzərə alaraq şikayətə baxılmasına xitam verib.

Lakin zərərçəkmiş İlqar Əliyevin nümayəndəsi isə ərizəsini geri götürmədiyini və şikayətinə baxılmasını istədiyini bildirib.

Onun iddiası üzrə məhkəmə işinə avqustun 1-də baxılacaq.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə S.Qurbanov və  F.Əliyev 14 il, N.Alıyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onların bəraət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət etsələr də, apellyasiya şikayətləri təmin edilməyib.
BAKU.WS