VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində güclü külək səbəbindən dayanacaq uçub.

BAKU.WS
lent.az-a istinadən xəbər verir ki, hadisə ilə əlaqədar açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, digər ərazilərdə bu cür hal qeydə alınmayıb:

“Sözügedən ərazidə də bununla bağlı xəsarət alan olmayıb. Bakı Nəqliyyat Agentliyinin texniki heyəti hadisə yerinə cəlb olunacaq və dayanacaq qısa müddət ərzində düzəldiləcək”.

Qeyd edək ki, sözügedən ərazidə biri köhnə olmaqla ard-arda iki dayanacaq var və küləyin təsiri ilə arxadakı dayanacaq da yararsız vəziyyətə düşüb. Çox maraqlıdır ki, köhnə dayanacaq sökülmədən yenisini quraşdırıblar. Hazırda isə ikisi də bərbad vəziyyətdədir.
BAKU.WS
QALEREYA