VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda çalışan və İslam Konfransı Gənclik Forumunun əməkdaşı olan diplomat Fəxrəddin Əliyev intihar edib.

BAKU.WS APA-ya istinadən məlumat verir ki, hadisə İstanbulun Küçükçəkməcə rayonu ərazisindəki Səfaköy silah poliqonunda baş verib.

F. Əliyev öz sürücüsü ilə birlikdə poliqona gəlib. Silahla dəfələrlə hədəflərə atəş açan diplomat son gülləsini öz başına vurub. O, yerindəcə keçinib. Küçükçəkməcə əmniyyət müdirliyi (polis idarəsi) intiharın səbəblərini araşdırmaq üçün təhqiqata başlayıb.

Diplomatın meyiti İstanbul Ədliyyə Tibb Qurumunun morquna aparılıb.
 
BAKU.WS