VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Bakı şəhər Xətai rayonunda gənc qızın binanın damına çıxaraq özünü atmaq istəməsi hadisəsi ilə bağlı bəzi məqamlar dəqiqləşib.

BAKU.WS publika.az-a istinadən xəbər verir ki, Ukrayna dairəsi yaxınlığındakı doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihara cəhd edən gənc qızın sevgilisi ilə probleminin olduğu müəyyənləşib.

Hadisədən sonra polis şöbəsinə dəvət edilən qız sevgilisinin onu atması səbəbindən belə bir addım atdığını deyib.

Qeyd edək ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı söhbət nəticəsində qızı binanın damından endirmək mümkün olub.
BAKU.WS