VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, beynəlxalq hava limanı istiqamətində hərəkətdə olan və Süleyman Süleymanovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxıb və eyni istiqamətdə hərəkətdə olan "Daewoo" markalı avtomaşına çırpılıb.

Zərbənin təsirindən "Daewoo" yolayırıcı dəmirə dəyib. Avtomobilin sürücüsü Məmmədov Təbriz Maqsud oğlu xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirib.

Hadisə yerinə Suraxanı rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
BAKU.WS
VİDEO