SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Ardahan bölgəsində baş verən qəzada üç azərbaycanlı xəsarət alıb.

BAKU.WS
Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ardahan-Kars yolunda iki avtomobilin toqquşması nəticəsində baş verən yol nəqliyyat hadisəsində 8 nəfər yaralanıb.

Türkiyə vətəndaşı Çetin Yıldızın idarə etdiyi "34 VT 0492" dövlət nişanlı avtomobil Azərbaycan vətəndaşı A.Bağırovanın idarə etdiyi "T 652 XT 86" Rusiya dövlət nişanlı avtomobillə toqquşub.

Qəzada hər iki sürücü, eləcə də sərnişinlər Sevda Bağırova, Asiya Bağırova, Səkinə Yıldız, Berat Yıldız, Eren Sural və Songül Sural yaralanıb.

Yaralılar Ardahan Dövlət Xəstəxanasına yerləşdirilib.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO