VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arvadını yaşadıqları mənzilin balkonundan ataraq xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən “Buta Palace”ın art direktoru Ramiz Taxvelinin məhkəməsi keçirilib.

BAKU.WS 
“qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə R.Taxvelinin vəkili vəsatət verərək məhkəmə iclaslarının audio və video görüntülərlə lentə alınmasını istəyib.

Vəsatət təmin edilməyib.


Ramiz Taxvelinin işçisi olmuş Rəna Məmmədovanın şahid qismində dindirilməsi barədə vəsatət verilib.

Ramiz Taxvelinin avtomobilinə baxış keçirilib oradan marixuana aşkar olunarkən R.Məmmədova hal şahidi kimi orada iştirak edib. Məhkəmə bu vəsatəti təmin edib.

Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan R.Taxveli məhkəməyə əlil arabasında gətirilib. Şüşə qəfəsdə deyil, konvoyun nəzarəti ilə salonun girişində əlil arabasına saxlanılır.

O, proses zamanı rabitəsiz nitqlər söyləyir. Lakin istintaq onun anlaqlı vəziyyətdə olduğunu müəyyənləşdirib. Keçmiş qayınanası isə Taxvelinin bu hərəkətlərini şou adlandırıb.


Hadisə 2018-ci il dekabrın 10-da gecə saat 3 radələrində paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən hündürmərtəbəli binada baş verib.

Orada yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək vəfat edib.

İlkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilsə də, sonradan hadisənin cinayət olduğu ortaya çıxıb. Məlum olub ki, A.Taxvelinin mübahisə zəminində əri Ramiz Taxveli balkondan aşağı atıb.

Mərhum Adelya Taxveli Gənclər və İdman naziri Azad Rəhimovun yaxın qohumu olub. 30 yaşında vəfat edən Adelyanın anası nazirin xalası qızıdır.

Ramiz Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun yeganə qızının nəvəsidir.
BAKU.WS
VİDEO