SİZİN REKLAM BURADA!
055 213 76 73


Hacıqabul rayonunun Abdulabad kəndində fərdi yaşayış evlərinin birində yanğın baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, Əli Süleymanova məxsus 5 otaqlı mənzil yanıb. Yol uzaq olduğu üçün əraziyə yanğınsöndürənlər gec gəliblər.

Hadisə yerinə gələn 2 yanğınsöndürən maşının suyu qurtardığı üçün əraziyə əlavə qüvvələr çağırılıb.

Bununla da, ev tamam yanıb kül olub.
BAKU.WS
VİDEO