SİZİN REKLAM BURADA!
055 213 76 73


Bərdə rayonunda iki azyaşlı uşaq nənəsi və babası tərəfindən xəstəxanaya atılıb.

BAKU.WS xəbər verir ki, rayon uşaq xəstəxanasına atılan uşaqların birinin 10 yaşı var, digəri isə 5 aylıqdır.

Hər iki körpənin oğlan uşağı olduğu bildirilib. Hadisədən xəbər tutan həkimlər uşaqları palataya yerləşdiriblər.

Hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat verilib.

İlkin məlumata görə, uşaqları nənə və baba xəstəxanaya atıb.
BAKU.WS
QALEREYA