SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazaxda yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in bölgə müxbiri xəbər verir ki, Qazax rayonun Çaylı kənd yolunda hərəkətdə olan "VAZ-21012" markalı avtomobil idarəetmədən çıxıb. Sürücü avtomobili ağaca çırpıb.

Nəticədə Qazax rayon sakini, 1957-ci il təvəllüdlü Yusif Nəbiyev müxtəlif bədən xəsarətləri alıb. Yaralı Rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS