SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycana külli miqdarda siqaret, spirtli içkilər keçirilməsinə cəhd edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BAKU.WS-ə verilən məlumata əsasən, iki fakt üzrə müxtəlif markalı siqaretlərin, spirtli içkilərin və idman qidalarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Belə ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşlarının idarə etdiyi “VAZ 2106” markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 1200 ədəd “Marlboro”, 3400 ədəd “King” markalı siqaretlər, hər biri 0,5 litr olmaqla 6 ədəd “Jameson” markalı spirtli içkilər və üzərində “Mega Max” yazısı olan 32 ədəd idman qidaları aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.
BAKU.WS
QALEREYA