SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda güclü külək Yasamal rayonunda təhlükəli vəziyyət yaradıb.

Bu barədə paytaxt sakinləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, Yasamal rayonu, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi ilə üzbəüz həyətdə ağacın budağı sınıb.

Hadisə nəticəsində 2 maşına zərər dəyib. Sınmış budaq ağacdan asılı vəziyyətdə qalıb və hər an həyətdən keçən insanlar üçün təhlükə mənbəyinə çevrilib.
BAKU.WS
QALEREYA