SİZİN REKLAM BURADA!
055 213 76 73


Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.

BAKU.WS
baku.tv-yə istinadən xəbər verir ki, Bakının Nəsimi rayonunda polislər paytaxtda dilənçilik edən qaraçılara qarşı reyd keçirib.

Xalası ilə birlikdə bölməyə gətirilən azyaşlı qaraçı qızı istismara məruz qaldığını gizlədə bilməyib. Adının Fatimə olduğunu deyən uşaq gündəlik salfet satmaqla qazandığı pulu anasına aparır.

Azyaşlının xalası, adının Əfsanə olduğunu deyən qadın da qaraçıdır. Ondan uşaq əməyini niyə istismar etdiyini soruşduqda isə cavabı belə olub:

“İmkanım yoxdur, nə edim? Bunu xoşumuza gəlir deyə etmirik, məcburuq, çörəyimiz buradan çıxır”.

Fatimə məktəbə getmədiyini desə də, xalası bunu inkar edib.

Daxili İşlər Nazirliyindən isə bildirilir ki, yalnız qaraçılar deyil, ümumiyyətlə, dilənçilərin şəhər küçələrində olmasına icazə verilmir. Onların kimliyi, yaşadıqları yer polis məntəqələrində müəyyənləşdirilir və onlar evlərinə göndərilir.

Bəzən polis əməkdaşları öz hesablarına avtobus tutur, qaraçıları yaşadıqları rayonlara, əsasən isə məskunlaşdıqları Yevlaxa yola salırlar.
BAKU.WS
VİDEO