SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Xəzər rayonunda kütləvi dava zamanı bir nəfər xəsarət alıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu barədə Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

Şüvəlan qəsəbəsində yerləşən istirahət mərkəzlərinin birində beş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.

Hadisəni törədənlər Xəzər RPİ tərəfindən axtarılır.
BAKU.WS