VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, Tovuz şəhərində şadlıq sarayından çıxan piyada 1976-cı il təvəllüdlü Həsənov Məhəmmədi Hyundai markalı avtomobil vuraraq öldürüb.

Digər piyadanın vurulması ilə nəticələnən yol qəzası isə Qovlar qəsəbəsində qeydə alınıb. Burada vurulan piyada 2003-cü il təvəllüdlü Məhərrəmov Məhəmmədin isə vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS