Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə olub.

BAKU.WS xəbər verir ki, zəhərlənməyə toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə səbəb olub.

Nəticədə 16 nəfərdən çox mərasim iştirakçısı xəstəxanaya aparılıb. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Onlardan 12-si qadın, 4 nəfəri isə kişidir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS


VİDEO