SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu Bakı bulvarında ilanların peyda olması ilə bağlı BAKU.WS-də yayılan məlumatlara münasibət bildirib.

BAKU.WS xəbər verir ki, İnstitutun Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova Trend-ə danışıb.

O, bildirib ki, Abşeron yarımadası, o cümlədən Bakı arid zona (su səthindən buxarlanma atmosfer çöküntülərin­dən çox olan iqlim zonası) olduğundan burada ilanların yaşaması üçün çox əlverişli mühit var.

Zooloq Xəzər sahilində də ilanlara rast gəlməni adi hal hesab edib:

"Bulvarda ilanların peyda olması ilə bağlı bizə məlumat daxil olmayıb. Amma orada ilanlar olsa belə, bu, adi haldır.

Xəzərdə yaşayan su ilanları vaxtaşırı sahilə çıxırlar. Onlar adətən qidalarını dənizdə qəbul edirlər, Günəş şüası qəbul etmək üçün sahilə çıxır, sonra yenidən dənizə qayıdırlar. Su ilanları insan üçün təhlükəli deyil".

Qeyd edək ki, sosial şəbəkələrdə bulvarda ilanların peyda olması ilə bağlı məlumatlar yayılıb.

***08:49

Ötən il olduğu kimi bu il də Dənizkənarı Milli Parkda ilanlar peyda olub.

BAKU.WS xəbər verir ki, ilanların bulvar ərazisində görünməsilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Bu barədə “Facebook” səhifələrində video görüntü paylaşılır.

Videoda bir nəfər bulvarda əlində gürzə tutub. O, ilanı bulvar ərazisində görüb və onu tutub.

Qeyd edək ki, ötən il yay aylarında da bulvar ərazisində ilanlarla bağlı məlumatlar yayılmışdı.
BAKU.WS
VİDEO