SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəzər dənizində, qeyri-çimərlik ərazidə 1 nəfər çimərkən boğulub.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2000-ci il təvəllüdlü Abbasov Sadiq Vüqar oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

BAKU.WS