SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda ticarət mərkəzindən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumatına görə, əməliyyat Qaradağ RPİ 10-cu PB əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu il aprelin 1-dən mayın 17-dək olan müddətdə Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 5580 manat oğurlamaqda şübhəli bilinən, orada satıcı işləmiş Abşeron rayon sakini C.Şükürov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS