SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Binəqədi rayonunda itkin düşmüş iki qız Binəqədi Rayon Polis İdarəsi tərəfindən axtarılır.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, 7-ci mikrorayonda, İbrahimpaşa Dadaşov küçəsi 71 ünvanında kafedə işləyən 2002-ci il təvəllüdlü Amina və 2004-cü il təvəllüdlü Elina işlədikləri obyektdən çıxaraq bir daha evə qayıtmayıblar.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, bu barədə 1980-ci il təvəllüdlü Oksana Vasilyevna müraciət edib və bildirib ki, qızları işdən çıxaraq evə qayıtmayıblar.

Binəqədi rayon Polis İdarəsinin əməkdaşları itkin düşən yeniyetmələrin axtarışına başlayıb.
BAKU.WS