SİZİN REKLAM BURADA!
055 213 76 73


Meksikalı narkotik taciri “El Çapo” ləqəbli Xoakin Quzmana ömürlük həbs cəzası verilib.

BAKU.WS İHA-ya istiandən xəbər verir ki, kolumbiyalı Pablo Eskobardan sonra ən tanınmış narkobaron olan “El Çapo” cəzasını ABŞ-ın ADX Florens həbsxanasından çəkəcək.

Qeyd edək ki, Quzman son illərdə ABŞ-da axtarışda olan 1 nömrəli cinayətkar hesab edilirdi. 

O, 2014 ilində saxlanılıb, lakin 14 avqust 2014-cü ildə həbsxanada duşların altında 1.5 kilometr uzunluğunda tunel qazdırıb qaçmışdı.

Amerika höküməti Quzmanı tutmaq üçün gərəkli bilgiləri verənə 5 milyon dollarlıq mükafat vəd etmişdilər.

8 yanvar 2016-cı ildə tarixində yenidən həbs edilib. 19 yanvar 2017-ci ildə Meksikadan Amerikaya ekstradisiya edilib.
BAKU.WS