SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə zəncirvari qəza baş verib. Nəticədə biri azyaşlı olmaqla iki nəfər xəsarət alıb. 

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə Şah İsmayıl Xətai Prosspektində baş verib.

Belə ki, Gəncə şəhər sakini 1966-cı il təvəllüdlü Rövşən Zülfuqarovun idarə etdiyi “Mercedes E klass” markalı avtomobillə 1983-cü il təvəllüdlü İlham Əzimovun idarə etdiyi “Mercedec – C klass” və 1985 ci il təvəllüdlü Ruzi Məmmədovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində avtomobildə olan İlham Əzimovun azyaşlı övladı və bir nəfər sərnişin xəsarət alıb.

İlkin məlumatlara görə qəzaya səbəb Rövşən Zülfüqarovun dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Hazırda faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.    

BAKU.WS
VİDEO

QALEREYA