SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərikimya" İstehsalat Birliyi Etilen-Polietilen zavodunda baş vermiş ölüm hadisəsi ilə bağlı məlumat yayıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, iyunun 15-də saat 15:20 radələrində “Azərikimya” İB-nin modernizasiya layihəsində baş podratçı olan İtaliyanın “Technip İtaly Spa” şirkətinin işçisi (elektrik) Bakı sakini, 1982-ci il təvəllüdlü Baxşiyev Ziyad Sabir oğlu zavodun ərazisində modernizasiya işləri aparan zaman gərginliyə düşüb.

“Azərkimya”dan bildirilib ki, Ziyad Baxşiyevə hadisə yerində podratçı şirkətlərin növbətçi həkimləri, sonra isə “Kimyaçı” poliklinikasının təcili-tibbi yardım həkimləri tərəfindən ilkin tibbi yardım göstərilsə də, onun həyata qaytarılması mümkün olmayıb və vəfat edib.

Məlumatda qeyd olunub ki, dünyasını dəyişmiş şəxs “Azərikimya” İB-nin Etilen-Polietilen zavodunun deyil, podratçı şirkət olan “Technip İtaly Spa” şirkətinin işçisidir.
BAKU.WS