Gəncə şəhər sakini 4 nəfərin hücumuna məruz qalıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Arzu Əjdər oğlu Səfərov yaşadığı Azərbaycan küçəsi, 6-cı döngə, mənzil 29-da hələlik adları açıqlanmayan 4 nəfər tərəfindən vəhşicəsinə döyülüb.

O, müxtəlif ağır bədən xəsarətlərilə Gəncədə xəstəxanalardan birinə yerləşdirilib, vəziyyəti orta ağırdır.

Yaxınlarının sözlərinə görə, 1 gün qabaq keçirilən toy məclisində A.Səfərovla onu döyən şəxslər arasında mübahisə baş verib.

Toyun sabahısı həmin şəxslər sonuncunun mənzilinə gələrək onu bayıra çağırıb və küt alətlərlə xəsarət yetiriblər.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb.

Cinayət törəkməkdə şübhəli bilinən dəstə üzvlərinin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
BAKU.WS