VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxda 12 yaşlı piyada ölüb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Qazax rayonun Daş Salahlı kəndində baş verib.

Elşad Qocayev idarə etdiyi “VAZ 21 015” markalı avtomobillə 12 yaşlı Məhəmməd Adilxanlını vurub. Nəticədə az yaşlı aldığı xəsarətdən dünyasını dəyişib.

Hadisə yerinə Qazax rayon Dövlət yol polisi əməkdaşları cəlb olunub.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov 
BAKU.WS