SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Goranboy RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xoylu kənd sakini 52 yaşlı Elman Hüseynova məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan 24 ədəd çətənə kolu aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynovun yaşadığı evindən və həyətindəki tövlədən ümumi çəkisi 5 kiloqram 727 qram narkotik vasitə olan qurudulmuş marxiuana aşkar edilərək götürülüb.

Hər iki faktla əlaqədər Goranboy rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
BAKU.WS