SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycana turist kimi səfər edən 46 yaşlı Moldova vətəndaşı Şəkidə ölüb.

BAKU.WS
APA-ya istinadən xəbər verir ki, Moldovadan Şəki şəhərində yaşayan dostunun ziyarətə gələn, 1973-cü il təvəllüdlü Nikolay Şerbanın səhhəti dostunun evində qəfildən pisləşib.

Hadisə yerinə çağırılan Təcili Yardım Şöbəsinin əməkdaşları N. Şerbanı müayinə etdikdə, onun öldüyü müəyyən olunub.

İlkin araşdırmalara görə, N. Şerbanın ürək tutmasından öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS