VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zərdabda azyaşlını avtomobillə vuran sürücü hadisə yerindən qaçıb.

BAKU.WS xəbər verir ki, hadisə Zərdab rayonunun Zərdabi küçəsi, "Dədə Qorqud" meydanı deyilən ərazidə baş verib.

Rayon sakini, 1998-ci il təvəllüdlü Nərimanov Sübhan Fikrət oğlu idarə etdiyi "VAZ 21074" markalı 15 BS 112 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yol keçən piyada, 2005-ci il təvəllüdlü Əliyarlı Nəzrin Elşən qızını vurub.

Sürücü dərhal hadisə yerindən qaçıb.

Azyazlı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü avtomobillə birlikdə saxlanılıb.

Faktla bağlı Zərdab rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
BAKU.WS