SİZİN REKLAM BURADA!
055 213 76 73


Zuğulba çimərliyində xilasedicilər sərxoş halda olan şəxslər tərəfindən döyülüb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, sərxoş olan bir neçə şəxs Buzovna qəsəbə sakini, 1980-ci il təvəllüdlü Mehdiyev Ramili və Mahmudov Hüseyni döyüblər.

Mehdiyev Ramil qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Hazırda xəsarət alan şəxs aidiyyatı həkimlərin nəzarətinə götürülüb.
BAKU.WS