VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İstanbul şəhərində tragikomik hadisə baş verib.

BAKU.WS
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sultangazidə bir kişi internetdə qadınla tanış olub. Onlar pul qarşılığında cinsi əlaqəyə girməyə razılaşıblar.

Razılaşdıqları kimi kişi internetdə tanış olduğu qadınla görüşüb. Qadın onu 5 mərtəbəli yaşayış evinə aparıb. Orada 5-ci mərtəbəyə qalxıblar. Kişi razılaşdıqları kimi qadına cinsi əlaqəyə girmək üçün pul verib.

Daha sonra soyunub. Həmin vaxt qadın yan otağa keçib və çıxdıqdan sonra onun ardınca 2 kişi çıxıb. Həmin şəxslər əylənmək eşqinə düşən şəxsi döyüblər. Onun cibində olan bütün pulları alıblar.

Daha sonra ona hansısa boş kağıza imza atdırmaq istəyiblər.

Bu zaman döyülən şəxs balkona çıxıb və oradan boru ilə aşağı enmək istəyib. Lakin yarıçılpaq kişi orada sıxışıb qalıb.

O, kömək çağırmağa başlayıb.

Ətrafda olan insanlar dərhal polis və xilasedicilər çağırıblar. Dərhal əraziyə polis və xilasedicilər cəlb olunub. Kişini xilas etmək üçün əraziyə kran çağırılıb. Kişini çətinliklə də olsa hündürlükdən düşürüblər.

Kişini döyənlər və qadın oradan qaçıb.

Baş verən hadisənin görüntülərini təqdim edirik.
BAKU.WS
VİDEO